Cümə, 17 May

"Taliban" 1 trilyon dollar dəyərində yeraltı sərvətə sahib oldu

image

Əfqanıstan dünyada ən çox yeraltı sərvətlərə sahib ölkələrdən biridir.

Xəbər verilir ki, Əfqanıstanı ələ keçirən “Taliban” ölkənin zəngin yeraltı sərvətlərinə də sahib oldu. Bildirilir ki, “Taliban” həmin yataqları istismara verə bilsə, dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstanı dünyanın ən varlı ölkələrindən birinə çevrilə bilər. 

2010-cu ildə ABŞ-ın ölkədəki araşdırmaları nəticəsində dəmir, mis və qızıl kimi mədənlərlə yanaşı Əfqanıstanın dünyanın ən böyük litium yataqlarından birinə sahib olduğu da ortaya çıxdı. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə istifadə olunan texnologiyanın əsasını təşkil edən litium, təkrar doldurulan cihazlarda və batareyalarda da istifadə olunur.

Dəyəri 1 trilyon dolları keçən sərvətdən “Taliban” faydalana bilib-bilməyəcəyi isə hələlik sual altındadır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58